Domofon sistemlərinin quraşdırılması

Domofonların həyət evi və villalara quraşdırılmasıDomofonların həyət evi və villalara quraşdırılması

Domofonların həyət evi və villalara quraşdırılması şirkətimiz tərəfindən təklif olunan xidmətlərdən biridir. Belə ki, müasir dövrdə həyət evi və villalarda sadə və görüntülü domofonlar standart qapı zənglərini əvəz etməkdədir. Bu populyarlaşmanın əsas səbəbi domofon sistemlərinin funksionallıq olaraq standart qapı zəngləri ilə müqayisədə şəxsə daha çox funksionallıq təqdim etməsidir.

Domofonların bina evlərinə quraşdırılmasıDomofonların bina evlərinə quraşdırılması

Domofonların bina evlərinə quraşdırılması özünüz tərəfindən mümkündürmü? Cavab çox sadədir. Əgər mənzilinizə domofon quraşdırmaq istəyirsinizsə bu işi mütəxəssis görsə daha yaxşıdır. Çünki təcrübəli mütəxəssis mənzilinizə domofonu sürətli və peşəkar formada qurub təhvil verəcəkdir. Nəticədə isə avadanlıq problemsiz çalışacaq və uzun müddət təmirə ehtiyacınız olmayacaqdır. Müasir domofon sistemləri 8 ildən 10 ilədək fasiləsiz olaraq işləyə bilər. Müasir bina evlərində əsasən görüntülü domofonlardan istifadə edilməkdədir.

Domofonların bloklara quraşdırılmasıDomofonların bloklara quraşdırılması

Bloklara domofonların quraşdırılması yüksək mərtəbəli binaların çoxalması ilə geniş formada tətbiq olunmağa başlamışdır. Belə ki, əvvəllər bloklara sadə səsli zənglə olan domofonlar quraşdırılırdısa indi isə bloklara video domofon sistemlərinin quraşdırılması gedərək daha da populyarlaşır. Hal-hazırda premium binaların bloklarının girişində, şəxsi evlərin qapılarında, bahalı mənzillərdə və ofislərdə video domofonlar getdikcə daha da çox quraşdırılır.


Sorğu göndər

    X