Anbarlara təhlükəsizlik kameralarının quraşdırılması

Anbarlara təhlükəsizlik kameralarının quraşdırılması siz anbarda olmadıqda baş verən hadisələrdən xəbərdar olmağınız üçün nəzərdə tutulmuşdur. Eyni anda bir neçə anbar otağına və ya geniş anbar ərazisinə nəzarət etmək anbar üçün nəzərdə tutulmuş təhlükəsizlik kameraları və sistemləri ilə daha asan olacaqdır.

İstənilən ticarət və sənaye müəssisəsi üçün anbar ən önəmli və həssas yerlərdən biridir. Burada əlçatımlılığı pulsuz olan bir çox məhsullar cəmləşmişdir. Mütəxəssis hesablamalarına əsasən müəssisədə baş verən oğurluq halları əsasən müəssisə daxili nizam qaydalarının pozulması ucbatından baş verir. Yəni oğruluq halları əsasən müəssisə əməkdaşları tərəfindən edilir.

Anbar təhlükəsizlik kameralarının quraşdırılması daxili intizam qaydasına əməl etməyi artıraraq işçilər tərəfindən baş verən oğurluq hallarını minimuma endirəcəkdir.

Şirkətimizin mütəxəssisləri tərəfindən anbar kamera sistemləri layihələndirilərkən anbarın və binanın quruluşu, məhsul çeşidiniz, rəflərin düzülüşü, “kor nöqtələr” müəyyən edilir və qeyd olunan məsələlər nəzərə alınaraq layihələndirmə işləri aparılır.

Anbar təhlükəsizlik sistemlərinin quraşdırılması üçün aşağıda qeyd olunan form vasitəsi ilə bizə ödənişsiz sorğu göndərin. Mütəxəssislərimiz qısa zamanda sizinlə əlaqə saxlayacaqdır. Əraziyə ilkin baxış və layihə haqqında məlumatların verilməsi pulsuz olaraq həyata keçirilir.

«Dahua Service» təhlükəsizlik sistemləri üzrə dünya liderlərindən olan Dahua məhsullarının rəsmi tərəfdaşıdır. Şirkətimizin əsas mərkəzi olan AEM Elektron MMC Dahua brendi də daxil olmaqla ümumilikdə 13 qlobal brendin Azərbaycanda Rəsmi Distribüteridir. Şirkətimiz tərəfindən təhlükəsizlik kameralarının quraşdırılması ilə bağlı digər xidmətlərimizlə “Xidmətlərimiz” səhifəsi vasitəsi ilə tanış ola bilərsiniz.


Sorğu göndər


    X