Restoranlara təhlükəsizlik kameralarının quraşdırılması

Restoranlara təhlükəsizlik kameralarının quraşdırılması bir çox pərakəndə sektorda olduğu kimi xüsusi önəmə sahibdir. Belə ki, restoran təhlükəsizlik kamera sistemi hesab ödənilməməsi, restoran personalına nəzarət, müştəri məmnuniyyətinə nəzarət, oğurluq hallarının qarşısının alınması və s. kimi məsələlərdə əsas köməkçi vasitələrdən biridir.

Restoranınız üçün təhlükəsizlik kameralarını quraşdırarkən sahə üzrə mütəxəssislərdən kömək almağınız əsas şərtlərdən biridir. Bu həm sizin, həm işçilərinizin, həm də müştərilərinizin təhlükəsizliyi və məxfiliyi üçün önəmlidir. Heç bir müştəri hər tərəfdən kamera ilə əhatə olunduğunu hiss etdiyi bir restoranda oturmaq istəməz. Bu səbəbdən də kamerların quraşdırılacağı əsas nöqtələr (foye, bar, müştərilərin əyləşdiyi zal, kabinetlər, mətbəx, anbar və s.) mütəxəssisin məsləhəti ilə müəyyən edilməlidir.

Restoranınız üçün CCTV – təhlükəsizlik kameralarının quraşdırılması üçün ödənişsiz qiymət təklif almaq üçün aşağıda olan form vasitəsi ilə bizə sorğu göndərin. Mütəxəssislərimiz qısa zamanda sizinlə əlaqə saxlayacaqdır.

«Dahua Service» dünyada təhlükəsizlik həlləri üzrə lider brendlərdən olan Dahua təhlükəsizlik sistemlərinin Azərbaycanda rəsmi tərəfdaşıdır. Şirkətimizin əsas brendi olan AEM Elektron MMC Dahua brendinin Azərbaycanda rəsmi distribüteridir. Satışını və quraşdırılmasını həyata keçirdiyimiz bütün Dahua məhsullarına rəsmi 3 il istehsalçı zəmanəti verilir. Təhlükəsizlik kameralarının quraşdırılması ilə bağlı digər xidmətlərimizlə. “Xidmətlərimiz” səhifəsi vasitəsi ilə tanış ola bilərsiniz.


Sorğu göndər


    X