Domofonların həyət evi və villalara quraşdırılması

Domofonların evlərə və villalara quraşdırılmasının üstünlükləri

Domofonların həyət evi və villalara quraşdırılması şirkətimiz tərəfindən təklif olunan xidmətlərdən biridir. Belə ki, müasir dövrdə həyət evi və villalarda sadə və görüntülü domofonlar standart qapı zənglərini əvəz etməkdədir. Bu populyarlaşmanın əsas səbəbi domofonların funksionallıq olaraq standart qapı zəngləri ilə müqayisədə şəxsə daha çox funksionallıq təqdim etməsidir.

Domofon almaq – hal-hazırda problemsiz olan bir prossesdir. İstər online istərsə də ofline mağazalar vasitəsi ilə sizə lazım olan domofonu asanlıqla əldə edə bilərsiniz. (Rəsmi zəmanətlə online domofon satışı üçün klikləyin) domofonları aldıqdan sonra məhsulların quraşdırılması üçün kabelləşmə, domofonların evin şəbəkə sisteminə qoşulması və s. Kimi texniki Işlər tələb olunduğu üçün bunu özünüzün etməyi hər-hansı mərhələdə səhv edilməsi ehtimalını çoxaldır.

Domofonların növləri

Domofonların növləri tək kanallı və iki kanallı olaraq iki növə ayrılır. Əgər domofonu həyət evi və villalar üçün quraşdırmağı düşünürsünüzsə iki kanallı domofon sizin üçün uyğun olacaqdır. Çünki evin əsas və ehtiyat girişI üçün quraşdırma istəyiniz ola bilər.

Domofonların həyət evi və villalara quraşdırılması

Domofonların quraşdırılması üçün hər şeydən əvvəl cihazların quraşdırılacağı yer barədə qərar verməlisiniz. Domofonun quraşdırılması üçün 220v gücündə elektrik cərəyanı və yaxınlıqda həmin cərəyana çıxış olmalıdır. Domofonun quraşdırılması qaydası məhsulun qutusunda sizə təqdim olunur.Kabel tələbatı demək olar ki, texniki quraşdırılma tələb edən bütün elektronika cihazlarında istifadə olunur. Domofon sistemlərinin quraşdırılması üçün əsas olan isə kabellərin Içərisində 5-6 kiçik sim naqil xəttinin olmasıdır. Elektrik kabeli domofonun quraşdırılacağı yerdən elektrik cərəyanının mənbəyinə çəkilir. Həmin kabellər isə divarın suvaq qatının altında yerləşdirilir. Xarici zəng paneli isə qapının yanında kiçik bir bölmədə yerləşdirilir.
Bəzi domofon modelləri evin qapısına quraşdırılan ağıllı kildlərlə inteqrasiya olunur. Bu isə siz evdə olmadıqda belə evinizə gələn şəxsləri mobil telefonunuzla müəyyən etmək və smartfonunuz vasitəsi ilə sadəcə bir neçə klikə qapını açmaq imkanı verir.

«Dahua Service» domofonların satışı və quraşdırılması üzrə 10 ildən çox təcrübəyə malikdir. Belə ki, şirkətimizin əsas mərkəzi olan AEM Elektron MMC təhlükəsizlik məhsulları üzrə dünya liderlərindən olan Dahua məhsullarının azərbaycanda rəsmi distribüteridir. Satışını və quraşdırılmasını həyata keçirdiyimiz dahua məhsullarına 3 il rəsmi istehsalçı zəmanəti verilir.
Şirtkətimiz tərəfindən təqdim olunan bütün xidmətlərlə “Xidmətlərimiz” səhifəsi vasitəsi ilə tanış ola bilərsiniz.


Sorğu göndər


    X