Market Mağazalara kameraların quraşdırılması

Market və mağazalara təhlükəsizlik kameralarının quraşdırılması ticarət obyektlərinin təhlükəsizliyinin təmin edilməsi üçün əsas məqamlardan biri, bəlkə də ilkidir. Bəs öz market və mağazalarınızda təhlükəsizlik sistemini və video nəzarəti necə təşkil edə bilərsiniz?

Əgər hər-hansı ticarət obyektinin sahibisinizsə, şübhəsiz ki, əsrlər boyu davam edən və hərkəsin qarşılaşdığı problemlə – oğurluqla qarşılaşmısınız.

Öz işinizi qanunsuz hallardan qorumaq üçün müasir təhlükəsizlik sistemlərinə müraciət etməli olacaqsınız. Öz market və mağazanızın təhlükəsizliyini internet üzərindən izləmə imkanı verən müasir IP kamera sistemləri vasitəsi ilə təmin edə bilərsiniz.

Market  Mağaza üçün təhlükəsizlik kameralarını necə seçmək lazımdır?

Mağaza kamera sistemləri üçün seçim imkanı çox genişdir. Belə ki, xarici görünüş olaraq miniatür kamerlardan tutmuş, tam professional video nəzarət sistemləri arasında seçim imkanınız mövcuddur. Mağaza və market sahibləri üçün önəmli olan oğrunu təyin etmək, cinayət prossesini qeyd etmək və video materialları təyinatı üzrə istifadə etməkdir. Məhsulların istifadə edilməsi üçün tam texniki biliyə ehtiyacınız yoxdur. Müasir texnologiyalar kamera sistemlərinin istifadəsi prossesini tam avtomatlaşdırmışdır.

Praktik bir nümunə:

Tutaq ki, sizin kiçik bir mağazanız, kioskunu və ya supermarket şəbəkəniz var, ərazinin ölçüsü və genişliyi önəm kəsb etmir. Öz mağaza, market kiosk və s. ticarət obyektiniz üçün kamera sistemi quraşdırmaq istəyirsiniz. Bunun üçün bizə müraciət edirsiniz. Mütəxəssislərimiz sizinlə əlaqə saxlayır, əraziyə ilkin baxış keçirir. Obyekt üçün quraşdırılacaq kameralar və digər texniki avadanlıqlar barədə sizin istəklərinizlə (yaddaşda saxlama müddəti, gecə çəkilişinin olması imkanı, zoom funksiyası və s.) tanış olduqdan sora ümumi layihənin icra müddəti, qiymət barədə sizə ödənişsiz məlumat verirlər.

Qeyd edək ki, şirkətimiz dünyada təhlükəsizlik sistemləri üzrə liderlərdən olan Dahua brendinin rəsmi tərəfdaşıdır. Satışını və quraşdırılmasını həyata keçirdiyimiz bütün Dahua məhsullarına 3 il rəsmi istehsalçı zəmanəti verilir. Şirkətimizin əsas mərkəzi olan AEM Elektron MMC Dahua brendi də daxil olmaqla ümumilikdə 13 qlobal brendin Azərbaycanda rəsmi distribüteridir.

Kamera sistemlərinin quraşdırılması ilə bağlı digər xidmətlərimizlə tanış olmaq üçün səhifəmizin “Xidmətlər” səhifəsinə keçid edə bilərsiniz.


Sorğu göndər


    X