Evlərin Wi-Fi şəbəkə sistemlərinin quraşdırılması

Evlərin Wi-Fi şəbəkə sistemlərinin quraşdırılması «Dahua Service» professional komandası tərəfindən peşəkar formada yerinə yetirilməkdədir. Əgər evinizin sahəsi və ya arakəsmələrlə əlaqədar hər-hansı bölgəsində internet kəsilmələri və internet şəbəkəsində qırılmalar yaşayırsınızsa xidmətimizə müraciət edərək həmin problemin öhtəsindən gələ bilərsiniz.

Müasir dövrdə evlərdə birdən çox smartfon mobil cihaz, televizor, noutbuk və masaüstü kompüterlər istifadə edilməkdədir. Güclü şəbəkə sistemi qurulmayan evlərdə cihazların internet şəbəkəsi ilə təminatında qırılmalar və ya ümumiyyətlə evdə internet şəbəkəsinin kəsilməsi problemləri yaranır. Bu hal isə internet şəbəkəsindən aktiv olaraq istifadə edənlər üçün arzuolunmaz haldır. Belə bir halla qarşılaşmamaq üçün köməyimizə şəbəkələşmənin kabel üzərindən qurulması gəlir. Şəbəkələşmənin kabel üzərindən qurulması digər üsullarla müqayisədə daha sərfəli bir variantdır. Bir neçə cihaza eyni anda internet şəbəkəsini ötürmək üçün mərkəz hissəyə switch adlanan bir neçə portlu (port sayı cihazların sayından asılıdır) paylayıcı cihaz quraşdırılır. İnternet şəbəkəsindən istifadə edən bütün cihazlara (Wi-fi ilə işləyən cihazlar istisna olmaqla) həmin mərkəzdən kabel vasitəsi ilə ötürülmə baş verir. Switchdən digər kabel isə internet paylayıcı (modem və ya router) aparata birləşdirilərək paylayıcı cihazın da sabit internetlə təmin olunmasına nail olunur.

Şirkətimiz tərəfindən evlərin Wi-fi şəbəkə sistemlərinin quraşdırılması xidməti vasitəsi ilə siz sahəsi böyük olan və ya eyni anda bir neçə cihazın internetə qoşulduğu evinizdə internet kəsilmələri problemini həll edə bilərsiniz. Mütəxəssislərimiz şəbəkənin olduğu evə ilkin baxış keçirir, ilkin baxışdan sonra quraşdırılacaq cihazlar barədə sizi məlumatlandırırlar. Razılıq əldə olunacağı halda iş prossesi başlayır və qısa müddətdə işlər görlərək təhvil verilir.

Əgər evinizdə Wi-Fi internet şəbəkəsində problem yaşayırsınızsa aşağıda qeyd edilən blank vasitəsi ilə bizə sorğu göndərin. Mütəxəssislərimiz qısa zamanda sizinlə əlaqə saxlayacaqdır. Şirkətimiz şəbəkə cihazları üzrə dünya liderlərindən olan Tp-link brendinin rəsmi tərəfdaşı, şirkətimizin əsas mərkəzi olan AEM Elektron MMC isə Tp-link məhsullarının Azərbaycanda rəsmi distribüteridir.

Şirkətimiz tərəfindən təqdim olunan digər xidmətlərlə “Xidmətlərimiz” səhifəsi vasitəsi ilə tanış ola bilərsiniz.


Sosrğu göndər


    X